Mbappeyə də əvəzləyici tapılıb

PSJ-də hücumçu Kilian Mbappenin komandanı tərk edəcəyi təqdirdə onun yerini tutacaq potensial namizədin adına aydınlıq gəlib.

Yayılan məlumatlara görə, komanda rəhbərliyi fransalının yerinə Dortmund “Borussiya”sının forvardı Erlinq Holandın transferini prioritet variant kimi dəyərləndirir.

Herbiand.az xəbər verir ki, 21 yaşlı norveçlinin agenti Mino Royalo ilə danışıqlara başlanılıb. İddialara görə, Paris klubu futbolçuya illik məvacibi 38-42 milyon avro olmaqla, 2+1 formatlı saziş təklif edib.

Copy link
Powered by Social Snap