Asiyada qaza tələbat kəskin artacaq – PROQNOZ

Asiya-Sakit okean bölgəsində 2040-cı il üçün qaz istehlakının 1,5 trln. kubmetr artacağı gözlənilir.

Herbiand.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, ən dinamik, ən sürətli böyüyən bazar Çin bazarıdır. Son altı ay ərzində Çində təbii qaz istehlakının həcmi 15,5%, idxalın həcmi isə 23,8% artıb.

A. Miller onu da əlavə edib ki, proqnozlara görə, cari ildə bu ölkədə qazın istehlak həcmi təxminləri 360 mlrd. kubmetr, idxalı isə 160 mlrd. kubmetrə çatacaq.

Şirkətin rəhbəri vurğulayıb ki, 2035-ci ilədək Çinin qaz idxalının həcmi ildə 300 mlrd. kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır.

Copy link
Powered by Social Snap