Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar artıb

2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun artımı üç faiz səviyyəsində proqnozlaşdırılır.

Herbiand.az bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatına istinadən məlumat verir.

Bundan əvvəlki hesabatda ÜDM-in artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılırdı.

Eyni zamanda, 2022-ci ildə Azərbaycanda ÜDM-in 2,3 faiz artımı (əvvəlki hesabatda 1,7 faiz) gözlənilir. Proqnozlara əsasən, 2026-cı ildə Azərbaycan iqtisadiyyatı 1,7 faiz artacaq.

2021-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 7,8 faiz, 2022-ci ildə 7,7 faiz təşkil edəcək. Əvvəlki proqnozda bu göstəricilər müvafiq olaraq 1,1 və 0,5 faiz səviyyəsində idi. 2026-cı ildə tədiyə balansının profisiti 4,3 səviyyəsində proqnozlaşdırılır.

Copy link
Powered by Social Snap