Benzin istehsalımız nə qədərdir? – CƏDVƏL

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 881,7 mln. manat olmaqla, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,7% artıb.

Dövlət Statistika Komitəsindən Herbiand.az-a verilən məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8%, sürtkü yağlarının istehsalı 66,8%, neft koksunun istehsalı 21,3%, dizel yanacağının istehsalı 12,5%, neft bitumunun istehsalı 7,4% artıb.

Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 2,5%, yanacaq mazutunun istehsalı isə 26,3% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləriYanvar-avqust, 2021-ci ilİllik müqayisə, %
Avtomobil benzini, min ton804,397,5
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton279,7172,8
Ağ neft, min ton33699,8
Dizel yanacağı, min ton1 679,8112,5
Yanacaq mazutu, min ton31,173,7
Sürtkü yağları, min ton35,7166,8
Neft bitumu, min ton237,2107,4
Neft koksu, min ton176,1121,3

Copy link
Powered by Social Snap