Neftinin qiyməti 75 dolları keçib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 17:03-də 1,93% artaraq 1 barelə görə 75,02 dollar təşkil edib.

Herbiand.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,01% artaraq 71,17 dollar olub.

Copy link
Powered by Social Snap