Buğda idxalını azaldıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 122 245,94 ABŞ dolları dəyərində 480 960,65 ton buğda idxal edilib.

Herbiand.az APA-ya istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 16,9%, həcmi isə 30,2% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,66%-nə bərabər olub.

Copy link
Powered by Social Snap