Daha 33 nəfər Bakı Limanından Qazaxıstana yola salınıb

Daha 33 nəfər Bakı Limanından Qazaxıstana yola salınıb

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 22 Qazaxıstan vətəndaşı, bu ölkədə yaşamaq hüququ olan 10 Azərbaycan və bir Rusiya vətəndaşı iyunun 24-də Qazaxıstana yola salınıb.

Herbiand.az  AZƏRTAC-a istinadla verdiyi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Copy link
Powered by Social Snap