Dəmir yol relslər oğurlandı – Horadiz-Mincivan yolunda

Füzuli rayonunda Azərbaycan Dəmir Yolları QSC-yə məxsus 49 ədəd rels oğurlanıb.

Bu barədə Herbuand.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən Azərbaycan Dəmir Yolları QSC-yə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Copy link
Powered by Social Snap