BQXK: “Azərbaycanda saxlanan erməni hərbçilər ailələri ilə telefonla danışıb”

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə ilə bağlı saxlanılmış şəxslərə ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq, onlarla rəftar və saxlama şəraitini yoxlamaq məqsədilə baş çəkib.

Herbiand.az-ın xəbərinə görə, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, qurum tərəfindən bu ilin yanvar-iyun ayları ərazində saxlanılan şəxslərin saxlanma şəraitinin, təqdim olunan müalicənin və məhkəmə təminatlarının monitorinqi məqsədilə 15-dən çox müəssisəyə baş çəkib.

İ.Hüseynova qeyd edib ki, bu il yanvar-iyun ayları ərazində saxlanılan şəxslərə öz ailələrinə zəng etməkləri üçün 260 telefon kartı və ən həssas təbəqəyə daxil olan məhbuslara isə 287 yardım bağlaması təqdim edilib.

Copy link
Powered by Social Snap