Bu gün “Qarabağ” üçün həlledici ola bilər


“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Herbiand.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan “Kayrat”ını qəbul edəcək.

Dörd xalla qrup lideri olan Qurban Qurbanovun komandası üçün bu oyun həlledici ola bilər.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

21 oktyabr

Konfrans Liqası, H qrupu, 3-cü tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan)
23:00. “Bazel” (İsveçrə) – “Omoniya” (Kipr)

Copy link
Powered by Social Snap