Daha 4 erməni hərbçisinin qalıqları tapılıb

Daha 4 erməni hərbçisinin qalıqları azad olunmuş ərazilərimizdə aşkar olunub.

Herbiand.az “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, Cəbrayıl rayonunda tapılan qalıqlar Ermənistan tərəfinə təqdim olunub.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1677 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Copy link
Powered by Social Snap