NATO yüksək səviyyəli hərbi nümayəndələri Gürcüstandadır

NATO-ya üzv ölkələrin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, heyətə Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer başçılıq edir.

Səfər çərçivəsində nümayəndələr oktyabrın 7-8-də NATO-nun ali hərbi orqanının plenar iclasında iştirak edəcəklər. Toplantı iştirakçıları bölgədə təhlükəsizliklə bağlı vəziyyət və Gürcüstandakı problemlərlə yaxından tanış olacaqlar. İclasda həmçinin NATO-Gürcüstan əməkdaşlığı, gələcək prioritetlər və Qara dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi siyasəti də müzakirə olunacaq.

Hərbi Komitə üzlərinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə və Müdafiə Nazirliyində görüşləri planlaşdırılıb. Tərəflər müdafiə sahəsində həyata keçirilən islahatlar və Gürcüstanın NATO ilə hərbi əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Copy link
Powered by Social Snap