Direktor: “Moskvadakı Dövlət Şərq Muzeyinin ilk eksponatı Qarabağ xalçası olub”

Moskvadakı Dövlət Şərq Muzeyinin ilk eksponatı Qarabağ xalçası olub.

Bu barədə APA-nın Moskva müxbirinə Dövlət Şərq Muzeyinin direktoru Andrey Sedov məlumat verib.

Onun sözlərinə görə, 1918-ci ildə yaradılan muzeyin demək olar Azərbaycanla sıx bağlılığı var.

“Belə ki, muzeyin birinci eksponatı, 1918-ci ildə muzeyə daxil olan bir nömrəli predmet Qarabağ xalçasıdır. Bu xalçaya muzeyin bir nömrəli invertar adı verilib. Azərbaycan xalçası muzeyə Tver küçəsindəki xalça mağazasından daxil olub. 1918-ci ildə həmin mağaza milliləşdiriləndə Qarabağ xalçasını bizim muzeyə veriblər”, – direktor qeyd edib.

Copy link
Powered by Social Snap