Azadlıq heykəli ölçüsündə olan asteroid NASA-nın diqqətindən yayınıb

Azadlıq heykəli ölçüsündə olan asteroid Yer kürəsinin yaxınlığından keçib. Bu hadisə NASA-nın diqqətindən yayınıb.

Herbiand.az-ın məlumatına görə bunu Daily Mail Yerə yaxın Cisimlərin Araşdırılması Mərkəzinin direktoru Pol Çodasa istinadən xəbər verir.

2021 SG adlı göy cismi sentyabrın 16-da Yer kürəsinə 246 min km məsafədə yaxınlaşıb. Bu təxminən Ay ilə olan məsafədən 2 dəfə azdır. Ancaq astronavtlar bu haqda növbəti gün xəbər tutublar.

Mərkəz direktorunun sözlərinə görə, asteroid Merkuridən asteroid qurşağına qədər uzanan ekssentrik bir orbit səbəbiylə Marsı aşaraq diqqətdən kənarda qalıb.

2021 SG-nin ölçüləri 42 metrdən 93 metrə qədər olub və sürəti saatda 85 min km təşkil edib.

Copy link
Powered by Social Snap