Dünyanın ən yaşlı əkiz bacıları

Sentyabrın 1-də 107 yaş 300 günləri tamam olan yapon əkiz bacılar – Umemo Sumiyama və Koume Kodama hazırda həyatda yaşayanlar arasında ən yaşlı qadın əkizlər hesab olunurlar.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, Ginnesin rekordlar kitabı bacıları dünyanın ən yaşlı əkizlər olduqlarını bildirib.

Hazırda bacılar qocalar evində müxtəlif bölgələrdə yaşayırlar. COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə görə Ginnesin rekordlar kitabının nümayəndələri Yaponiyaya gələ bilməyiblər. Onlar rekordsmenlərə sertifikatlarını ancaq poçt ilə göndəriblər.

Qocalar evinin əməkdaşlarının sözlərinə görə, Sumiyama öz sertifikatını görəndə ağlayıb. Digər bacısı Kodama isə son zamanlarda yaddaşının pisləşməsi ilə əlaqədar olaraq onun mənasını dərk edə bilməyib. Buna baxmayaraq, onun ailəsi nailiyyətin rəsmi olaraq tanınmasına seviniblər. Çünki Kodama uzun illər idi ki, rekordu haqqında danışırdı. Hətta bacılar zarafatla dünya rekordunu vuracaqlarını deyirdilər. Ailələri onların rekordlar kitabına düşəcəklərini gözləmirdilər.

Sumiyama və Kodama 5 noyabr 1913-cü ildə  Sedo adasının Kaqava prefekturasında 13 nəfərlik ailədə anadan olublar. Yapon qadınlar iki dünya müharibəsindən sağ çıxıblar.

Bundan əvvəl dünyanın ən yaşlı əkiz bacıları Kin Narita və Qin Kanie olub. Onlar müvafiq olaraq 107 və 108 yaşlarında vəfat ediblər.

Bəxtiyar

Copy link
Powered by Social Snap