“Instagram”da yeni funksiya yaradılıb

“Instagram” sosial şəbəkəsi yeni funksiyasını təqdim edib.

Herbiand.az Report-a istinadən xəbər verir ki, Limits (Sərhədlər) adlandırılan yeni funksiya istifadəçilərin aqressiv davranışını məhdudlaşdırmağa xidmət edir. Bu funksiya vasitəsilə artıq istifadəçinin abunə olmadığı səhifələrdən gələn mesaj və rəylər bir qayda olaraq ləğv ediləcək.

Avqustun sonunda bütün dünyada tətbiq ediləcək bu funksiya vasitəsilə təhqir və böhtan xarakterli bütün rəy və mesajlar avtomatik şəkildə silinəcək.

Copy link
Powered by Social Snap