İtirdiyi pul qabını 50 ildən sonra tapdı

Kanzasda (ABŞ) polislər yarım əsrdən də çox müddətə itmiş əldə qayırılmış pul qabını sahibinə qaytarıblar.

Herbiand.az xəbər verir ki, bu haqda ştat polisi öz rəsmi Facebook səhifəsində bildirib.

Məlumata görə, pul qabını polis bölməsinə yerli sakinlərdən biri gətirib. Polislər qabın içərisində sosial sığorta, 1974-cü ildə vaxtı bitmiş sürücülük vəsiqəsi aşkar ediblər. Onlar sahibi ilə əlaqə saxlayıblar və məlum olub ki, o Lorens şəhərində yaşayır.

Sahibi bildirib ki, o pul qabını öz əlləri ilə düzəldib və 1970-ci illərin əvvəlində itirib.

Daha əvvəl isə məlum olmuşdu ki, Virciniya ştatının Pokoson şəhərindən olan məktəbli qız pul qabını itirmişdi və yalnız 70 ildən sonra tapmışdı. İçərisində isə 85 sent, 1951-ci ilə məxsus olan Santa Klausun markası, kalendar və bir neçə foto var idi.

Copy link
Powered by Social Snap