“Netflix” yeni sektora daxil oldu

“Netflix” striminq xidməti artıq oyun sektoruna daxil olub.

Artıq xidmətin abunəçiləri mobil oyunlardan istifadə etmək imkanı qazanıblar.

Hələ ki, yenilik yalnız “Android” cihazları üçün nəzərdə tutulub.

Hazırda bu proqram təminatı ilə çalışan qurğuların sahibləri “Stranger Things: 1984”, “Stranger Things – 3: The Game”, “Shooting Hoops”, “Card Blast” və “Teeter Up” olmaqla, beş oyundan yararlana bilərlər.

Şirkətdən verilən məlumata görə, yaxın gələcəkdə bu oyunların sayı artırılacaq.

Copy link
Powered by Social Snap