TikTok rekort qırdı

Facebook dünyanın ən çox yüklənən proqramı kimi tanınır. Şirkətin Twitter və TikTok kimi son dərəcə güclü rəqibləri var. Ortaya çıxan yeni detallara görə, TikTok hətta Facebook tətbiqini də keçməyi bacarıb. 2020 -ci il üçün qlobal mobil tətbiq yükləmə anketləri TikTok’u ən üst sıraya yerləşdirdi.

Herbiand.az-ın məlumatına görə, qısa videolar ilə çəkilə və paylaşıla bilən və müxtəlif effektlər edən TikTok tətbiqi yeni nəsil tərəfindən xüsusilə bəyənilir. Buna görə də böyük bir istifadəçi bazasına sahib olduğunu söyləyə bilərik. Tətbiqin, xüsusən də bu seqmentdən çox sayda istifadəçisinin olduğu bilinir.

Araşdırma hesabatlarına nəzər salsaq, TikTok 2019-cu ildə 4-cü yerdə, Facebook Messenger isə 1-ci yerdə olub. Ancaq gözlənilmədən TikTok tarixi rekord qıraraq birinci yeri tutdu.

2020 siyahısına baxsaq WhatsApp platformasının 3-cü yerdə olduğunu görə bilərik. Instagram və Facebook Messenger bundan sonra gəlir. Twitter və Snapchat kimi tətbiqlər də bu siyahıda ilk 10-luqda yerləşir.

Anar Qasımov

Copy link
Powered by Social Snap