Xəstəxana əməkdaşı xəstələrə işgəncə verərək videoya çəkib

Pakistanın Lahor şəhərində yerləşən ən böyük xəstəxananın əməkdaşı xəstələrə gizli işgəncələr verib.

Herbiand.az xəbər verir ki, bu barədə Vice News məlumat yayıb.

Pakistan polisinin əlində xəstəxananın təhlükəsizlik xidmətinin əməkdaşı Mayo Zohaib Malikin xəstələri döyməsi və işgəncə verməsi ilə bağlı video var.

Sonradan məlum olduğu kimi, o, oğurluqda şübhələndiyi, yanlış yerdə tutulduğu və ya pis davranışla tutulduğu üçün xəstələri bu yolla cəzalandırıb.

İşgəncələr 3 aydan az olmayan müddətdə başlayıb. İşgəncə otağı kimi konfrans-zal istifadə olunurdu, işgəncələr isə videoya çəkilirdi. Polisin fikrincə, çəkilişlər qeydiyyat üçün və ya sadəcə əyləncə üçün çəkilib.

Malik iş yerindən azad olunub və həbs olunub. Xəstəxana direktoru hadisənin araşdırılması üçün komitetin formalaşdırıldığını bildirib. Çəkilişlərdə xəstəxananın digər əməkdaşlarının da iştirak etdiyi ehtimal olunur.

Copy link
Powered by Social Snap