Gürcüstanda “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı

06 noyabr 2021-ci il tarixdə Qardabani Gənclər Mərkəzi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Zəfərə doğru addımla” layihəsi çərçivəsində 5 istiqamət üzrə müsabiqələrin mükafatlandırma mərasimi həyata keçirildi.

Herbiand.az xəbər verir ki,mükafatlandırma mərasimində Azərbaycanının Gürcüstandakı səfirliyinin nümayəndəsi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Onur Sevim, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nəriman Əliyev, Sabit Məmmədov və Ceyhun Abbasov, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Azərbaycan-Türkiyə Qida Təhlükəsiliyi” İctimai Birliyinin sədri və “Zəfərə doğru addımla” layihəsinin rəhbəri Məhsəti Hüseynova, keçmiş millət vəkili, “Gürcüstan Azərbaycanlıları Şurası”nın sədri İshaq Novruzov, “Yeşilay” Gürcüstanın sədri Zviad Kochalidze, “Yeşilay” Gürcüstanın idarə heyətinin üzvü Həcər Mustafayeva, “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Musa Hacıyev və bir çox gənclər iştirak etdi.

Rəsm müsabiqəsi üzrə Elmira Piriyeva 1-ci yer, Aysun Mamedova 2-ci yer, Sina Həsənova 3-cü yer, esse müsabiqəsi üzrə Aidə Astanova 1-ci yer, Nuru Baxışov 2-ci yer, Aysel Hümbətova 3-cü yer, flaşmob üzrə Qədir Sadıqov 1-ci yer, Elşən İsgəndərov 2-ci yer, Maryam Abuladze 3-cü yer, video üzrə Rüstəm Rüstəmov 1-ci yer, Həsən Quliyev 2-ci yer, Tsira Gvritişvili 3-cü yer, jurnalistlər arasında yazı üzrə Səlahəddin Piriyev 1-ci yer, Zaur Piriyev 2-ci yer, Malxaz Bolqvadze 3-cü yeri tutmuşdur. 1-ci yer üzrə qaliblərə planşet, 2-ci və 3-cü yer qaliblərə mobil telefonlar, digər iştirakçılara isə qol saatı, müxtəlif qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.

Copy link
Powered by Social Snap