Mail Əsgərov: “Cənabdan nə xəbər”?- cəbhədə deyimə çevrilmişdir

Vətən müharibəsi iştiakçısı, ehtiyatda olan baş leytenant, qazi Mail Əsgərovla həmsöhbət olduq. Müsahibimiz “Qılınc və qələm” rublikasına döyüş yolundan danışdı və təəssüfləndiyi məqamı dilə gətirdi. Azərbaycan Respublikasının prezidentinin  sənərcamı ilə “Füzuli”, ”Qubadlı”, “Şuşa” rayonlarının azda edilməsinə görə və “ Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.



Ehtiyatda olan bir zabit kimi müharibənin bu tezlikdə olacağını düşünürdünüzmü? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinindən çağırış aldıqda  ağlınıza gələn ilk fikir nə oldu?

Ehtiyatda olan zabit kimi deyə bilərəm ki, müharibənin bu tezlikdə olacağını düşünmürdüm. Amma nə vaxtsa, müharibənin olacağını və qalib gələcəyimizə inanırdım. Çünki mən media nümayəndəsi kimi fikir verirdim ki, bizdə təbliğat çox yüksək səviyyədədir. Hər kəs öz evində, ailəsində vətənpərvərlik təbliğatı aparır. Övladlarımıza  tarixən  bizim dədə- baba yurdumuz olan torpaqları ermənilərin işğal etdiyini söyləyirdik. Təbliğatın çox güclü rol oynadığını  müharibə ərəfəsində də gördk. Ermənilərin 30 il müqavimət göstərmələrinə baxmayaraq, biz bu birliyimiz sayəsində  onları əzdik.

Mənim yeznəm zabitdir. O bu işlərin içində olduğu  üçün bunları bilirdi. Mən isə nə vaxt çağırılacağımı gözləyirdim. Müharibə başamazdan bir həftə qabaq mənə zəng vurub harda olduğumu soruşdular və dedilər ki, bəkə səni də çağırdıq. Mən isə nə vaxt çağırsanız mən hazıram, canla- başla gələcəm cavabını verdim. Və mən çağırıldım. Çağırışı alanda sevindim. Sevindim ki, Vətənin mənə ehtiyacı var və digər silahdaşlarım kimi  qorxmadan, çəkinmdən qabağa atılaraq müharibəyə getdim.

Bu gün mən qürur hissi keçirirəm ki, qalibiyyətdə mənim də payım var.

– 44 günlük müharibədən xatirəndə nələr qaldı?

-Biz hamımız bilirdik ki, Azərbaycan Ordusu mövqelərindən bir addım da olsa geri çəkilmədi. Ancaq irəli! Bilirdik müharibə ərəfəsində heç kim arxaya çəkilməyəcək, ancaq irəliləyəcəyik. Bu özü bizə ayrıca ruhyüksəkliyi verirdi. Mən müharibədə iştirakımın 15-ci günü yaralandım. Ailəm, yaşadıqlarım gözümün önündən kino lenti kimi gəlib keçdi. Düşündüm ki, onları bir daha görə bilmərəm. Həmin an keçirdiyim hisslərin hamısını sözə çevirmək mümkün deyil. Müharibə ölüm, ayrılıqdır. Yaralandıqdan sonra çox istərdim ki, sona qədər “Dəmir yumruq” əməliyyatında iştirak edim. Bu gün hamımızı qürrələndirən qazandığımız qələbədir”



-Digər istiqamətlərdə gedən döyüşlərdən  xəbərləri hardan alırdınız?

Mən döyüş bölgəsində arxa eşalonda olanda informasiyaları sosial şəbəkələrdən alırdım.  Hər gün neçə kənd alırdıqsa, məlumatım olurdu. Amma ön cəbhəyə getdikdən sonra isə bizə arxa cəbhədən köməyə gələn, ərzaq gətirən yoldaşlardan alırdım. Bütün xəbərlər ürəkaçan xəbərlər idi. Xüsusilə cənab Ali Baş Komandanın açıqlamalarını səbirsizliklə gözləyirdik. Artıq orda  “Cənabdan nə xəbər”? deyimi yaranmışdır.  Artıq hamıda belə bir fikir yaranmışdır. Müharibə nə qədər çətin olsa da qalib gəlməyimiz çox qürurvericidir.

-Fikrinizcə, II Qarabağ müharibəsində  mətbuat qələbə naminə hansı işləri gördü? Axı mətbuatda bir silahdır.

– Yuxarıda qeyd etdiyim kimi mətbuat müharibəyə qədər artıq öz işini görmüşdü. 27 sentyabra qədər – 30 il ərzində yetərincə iş görmüdür. Mən mətbuatın gördüyü işi müharibədə əsgərin gördüyü işə bərabər tuta bilərəm. Çünki mətbuat və sosial şəbəkələr müharibəyə qədər və müharibə ərəfəsində yüksək səviyyədə təbliğat aparmışdır. Mən orada bir döyüşçü kimi əsgərlərdə ruh yüksəkliyi görürdüm. Azərbaycanın bütün bölgələrindən, bütün etnik qrupladan olan oğullar çiyin-çiyinə  döyüşürdü. Onların əksəriyyəti təzə xidmətə gəlmiş 18 yaşlı gənclərimiz, həqiqi hərbi xidməti başa vurmuş və könüllü olaraq döyüşlərə gəlməsi qardaşlarımıza bu təbliğatın aşılanmasının nəticəsi idi.

Müharibəni 27 sentyabradək media, 27 sentyabrdan 44 günlük müharibənin bitdiyi gün – “Zəfər Günü” –dək Azərbaycan Ordusu apardı. Bu birlik nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunmasını təmin etdi. Mən deyərdim ki, Azərbaycan mediası çox böyük rol oynadı. Qeyd edək ki, Mail Əsgərov Füzuli rayonunun Qaraxanbəyli istiqamətində gedən qızğın döyüşlərdə ağır yaralanıb və noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə iştirak edib.

Emin Şirvanzadə

Copy link
Powered by Social Snap