Advertisment

“Gizli səfərin” ortaya çıxartdığı reallıqlar

Fransa prezidentliyinə ən real namizəd Valeri Pekress Qarabağa səfər edib. İlk baxışda adi informasiyadır.

Azərbaycan mediası bunu “gizli səfər” adlandırır. Amma gizlədiləsi heç nə yoxdur. Adam Rusiya sülhməramlılarının qurduğu postdan keçib gəlib. Bu məsələnin xəbər tərəfi.

Keçək məsələnin mahiyyətinə.

Məsələnin mahiyyəti ondadır ki, Azərbaycan cəmiyyəti Qarabağda baş verənlərdən sanki bixəbərdir. Əlbəttə ki, rəsmi dairələrdə Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində nə baş verdiyi barədə məlumatlar var. Azərbaycan cəmiyyətinin münasibəti isə “orada beş-on erməni qalıb, onlar da çıxıb gedəcək” kimidir.

Əlbəttə ki, hər bir insan kimi Qarabağda yaşayan orta statistik erməınilər də yaxşı güzaranda yaşamaq üçün Qarabağdan getməyi məqbul hesab edir.  Sözsüz ki, Qarabağda da “ölərəm, getmərəm” fikrində olanlar da var. Bu Qarabağda yaşayan sadə ermənilərin fikirləridir.

Bir də var sadə olmayan ermənilər. Bəs onlar nə düşünür?

Bu sualın cavabı da sadə deyil. Çünki sadə olmayan erməniləri mürəkkəbləşdirən məqamlar var. Bu məqamlardan biri Rusiya sülhməramlıları, biri Qarabağa “güzlicə” səfər etmiş Valeri Pekressin mənsub olduğu dövlət və sairə və ilaxır.

Qarabağda gedən prosesləri sadə ermənilər yox, sadə olmayan erməınilər yönəldir. Bu prosesləri Azərbaycan cəmiyyəti üçün açmaq lazımdır. Müzakirə edilməli və baxış bucağı müəyyənləşməlidir.

Asəf Quliyev