Advertisment

Fransa silahlı qüvvələri üçün vahid helikopter

Fransa silahlı qüvvələrini vahid helikopterə keçirəcək.

Herbiand.az janes.com portalına istinadən bildirir ki, Fransa Müdafiə Nazirliyi Airbus şirkətinə ümumi məbləği 8,6 milyard avro dəyərində olan 169 ədəd çoxməqsədli H160M helikopterləri sifariş verib.

Helikopterlərin çatdırılması 2027-ci ildə başlamalıdı. İlkin müqavilə 30 ədəd H160M – 21-i ordu, 8-i hərbi-dəniz və 1-i hərbi hava qüvvələri üçün nəzərdə tutulur.

“H160M tamamilə yeni helikopterdir. O, 5 müxtəlif modeli əvəzləyəcək. Bu, bizim texnikaları əvəz etməyimizin konkret nümunəsidir. Yeni helikopter ordu, hərbi-dəniz və hərbi hava qüvvələrində istifadə olunacaq. Bu onun əlçatanlığını artıracaq və qulluq üçün çəkilən xərcləri azaldacaq”, - Fransanın müdafiə naziri Florans Parli deyib.