Advertisment

İspaniya “Drakon”ların istehsalına başlayıb

Bir sıra gecikmələrdən sonra İspaniya yeni zirehli maşınların istehsalına başlayır.

Herbiand.az janes.com portalına istinadən bildirir ki, General Dynamics şirkəti Dragon maşınlarının seriyalı yığımına start verib.

Trubiya şəhərində yerləşən General Dynamics European Land Systems (GDELS)-Santa Barbara Sistemas birgə müəssisəsində təntənəli polad kəsmə mərasimi keçirilib. Dragon maşınlarının ilk seriyası mühəndis modifikasiyalı zirehlı texnikalar olacaq.

İspaniya ordusu bu maşından 348 ədəd almağı nəzərdə tutur. Müqavilənin dəyəri 2 milyard avrodan çox təşkil edəcək. Yeni zirehli texnikalar köhnəlmiş BMR-600, VEC-25 və M113 döyüş maşınlarını əvəz edəcək.