Advertisment

“Alov qüllələri”nin qarşısında partlayış - Xəsarət alanlar var

Bakıda qaz sızmasından partlayış olub.

 

 

 

Herbiand.az APA-ya istinadən məlumat verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

 

 

 

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

 

 

 

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

 

 

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.