Advertisment

Rusiya SQ-nin quru qoşunlarına 400-dən çox zirehli texnika daxil olacaq

Rusiya hərbi dairələrindən bildirilib ki, Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının birləşmələri və hərbi hissələri 2022-ci ildə 400 ədəddən çox zirehli maşın əldə edəcək.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, il ərzində ordu müasir və modernləşdirilmiş, sınaqlardan uğurla keçmiş və müxtəlif hava iqlimində özünü yaxşı tərəfdən göstərmiş zirehli maşın növləri alacaq. Söhbət əsasən modernləşdirilmiş T-72B3M, T-80BVM, T-90M tankları, BTR-82A əsgər daşıyan zirehli nəqliyyat, həmçinin BMP-2 və BMP-3 maşınlarından gedir.