Advertisment

Gənclərin mənəvi tərbiyəsində öncə ailə, sonar təhsil müəssisələri önəmli rol oynayır

“Hərbi And” qəzeti olaraq qərara gəldik ki, layihəmiz çərçivəsində sosial şəbəkə istifadəçiləri arasında virtual sorğu keçirək. Sualımız təbii ki, günün actual məsələlərindən biri, “Uşaq və gənclərin fiziki və mənəvi” hazırlığına dəstək məqsədi ilə qoyuldu. Beləliklə: “Sizcə uşaq və gənclərin fiziki və mənəvi hazırlığı necə təşkil olunmalıdır və bu məsələdə cəmiyyətin rolu nə dərəcədə əhəmiyyətlidir?” sualımızın ətrafında xeyli müzakirələr getdi, nəticə olaraq sorğuya verilən konkret cavabları sizə təqdim edirik: Əkbər Qoşalı, “Dünya GəncTürk Yazarlar Birliyi”nin sədri: – Yeni nəsillərimizin fiziki və mənəvi hazırlığı – bir sözlə, həyata hazırlığı. Ana-ailə-təlim-tərbiyə müəssisəsi (uşaq bağçası-orta məktəb) “üçbucağ”ı üzrə hərəkətli bir sürəc yaşayır. Bura ali məktəb və ilk iş kollektivini də əlavə etmək olar ki, bu da gənclərin həyatında çox mühüm yer tutur, rol oynayır. Əslində insan nəinki yeniyetmə və gənclik çağlarında, hətta bütün ömrü boyu hazırlanır, hazırlayır. Yəni öyrənir, təsirlənir, təsir edir, öyrədir – toplumun bir parçası olaraq özündə olan şeylərlə hərəkət edir, formalaşdırır, formalaşır. Əlahiddə şəkildə, yalnız fiziki, yaxud mənəvi hazırlıq mümkün deyil – bu, bütöv həyat hazırlığının, insanca yetişmənin bir qoludur, deyərdim. Daha böyük anlamda, Tanrının buyruqlarına hazırlıq kimi də xarakterizə etmək olar, əlbəttə… ancaq uşağın uşaq mövzusu – yaşına-başına uyğun daşıya biləcəkləri var və uşağa məhz daşıya biləcəyi “yük”ü vermək lazımdır. Daşıya biləcəyindən artığını yükləməklə, yalnız uşağın yox, həm də bu cəmiyyətin dövranını əyə bilərik. Tərəzinin bir yanı boş olanda necə olursa, bu vəziyyətdə də elə şərait yarada bilərik. Çalışıb gəncliyimiz üçün düzgün qərarlar verməli, tərbiyəmizdə milli-mənəvi dəyərlərimizdən kənara çıxmayan alternativ yollar göstərməliyik. Hazırlıq prosesi konkret bağça-məktəb proqramlarına uyğun qurulur – daha doğrusu qurulmalıdır. Bədən tərbiyəsi, fiziki hazırlıq, hərbi hazırlıq, mülki müdafiə hazırlığı dərsləri “yola verilən dərs” olmamalıdır. – Ümumən bütün dərslər önəmlidir – bir şeyin ki, adı DƏRS ola, MƏKTƏB ola… onu necə önəmsəməmək olar?! Bu cür, ən minimum şəkildə aparılan bir tərbiyə prosesi də yararlıdır – necə deyərlər, pis tərbiyə yoxdur, pis tərbiyəçi ola bilər. Ona görə də, plan-proqramların daha da gündəmləşdirilməsi öz yerində, mövcud olanlarla iş aparmaq, ölkəmizin, xalqımızın, dövlətimizin gələcəyi naminə öz sorumluluğumuzu hiss edib, hər birimiz üzərimizə düşəni ciddi şəraitdə və çox məsuliyyətlə etməliyik ki, pis tərbiyəçi rolunu oynamayaq. Çünki elə hər birimizə aid olan bir mövzudur bu: ata-ana kimi, tərbiyəçi kimi, müəllim kimi, müəllif kimi, rəhbər kimi… Hətta qonşu kimi, dost kimi, vətəndaş kimi, bir sözlə, insan kimi! Təranə Xudabaxşıyeva-idman jurnalisti: – Uşaqların tərbiyəsi ana bətnindən başlamalıdır və təbii ki, anadan olduğu gündən isə, praktiki şəkildə davam etdirilməlidir. Psixoloqlar məsləhət görür ki, uşaqlarınıza körpəlikdən olmaz sözünü qəbul etdirin, amma mənim fikrimə görə, uşaqlara olmaz deyilməməlidir, olmazın səbəbləri göstərilməli, izah olunmalıdır. Bu zaman uşaqlar o səbəbləri özləri öyrənmək üçün, o səhvləri etmək təhlükəsi ilə də üzləşməmiş olarlar. Yəni özlərini maksimum dərəcədə səhvlərdən uzaq tutmağa cəhd edərlər. Uşaqlar bir qədər dünyanı anladan teatrlara (uşaq teatrlarına) aparılmalı, bundan əlavə təşkil edilən müxtəlif tərbiyəvi əhəmiyyətli tamaşalarqurulmalıdır ki, uşaqlar o tamaşalarda da iştirakçı qismində çıxış etsinlər. Bundan əlavə uşaqlara erkən yaşlarında uşaq ədəbiyyatını sevdirməliyik. Şeirlərə, nağıllara maraq aşınmalı, öyrədilməlidir. Səhər idmanından başlayaraq, fiziki tərbiyənin təməlində milli rəqslərə də müraciət edilməlidir. Stolüstü oyunlara maraq isə, öz yerində olmalı, şahmat, şaşki kimi intelektual idman növləri ilə vaxt keçirərək böyüməlidirlər. Dövrün qlobal problemlərindən biri isə, uşaqların internet, onlayn oyunlara aşırı dərəcədə meylli olmasıdır ki, bunun da qarşısını yüngül qadağalarla almaq mümkündür amma birdəfəlik qadağa da uşaqları müasir gənclikdən xəbərsiz, geridə qalmalarına səbəb ola bilər. Məncə tərbiyənin təməlini bu şəkildə qurmuş olsaq, yeniyetmə və gənclərimizi sağlam gəncliyə təməldən savadlı, düşüncəli yola salmağı bacaracağıq. Bir sözlə, uşaqlara “hələ uşaqdır, düşüncəsizdir, bəzi şeyləri böyüyəndə deyərik” fikri ilə yanaşmaq qəti olmaz. Onlara uşaq yaşlarındaykən də düşüncəli insan kimi yanaşıb, böyüklərə davrandığımız tərzdə davranmalıyıq ki, inkişafprosesində intelektual səviyyələri işə düşə bilsin. Əks halda, uşaqlarımız böyüməyə gecikəcək və zaman onları qabaqlayaraq istədiyi səmtə yönəldəcək. Qalibə Cəfərova-şairə: – İlk öncə uşağın düzgün tərbiyəsi onu dünyaya gətirən anadan, ailədən, yaşamaqda olduğu evdən asılıdır. Sonra uşaq məktəb həyatına atılır, cəmiyyətə açılırvə ordan görüb-götürdüyü tərbiyəni, aldığı münasibəti qarşı tərəfə ötürür. Bir başqa tərəfdən isə, bu günkü gəncliyin psixoloji durumuna təsir göstərən əsas amillərdən biri və növbətisi içində olduğu maddi durum fərqliliyi, mənəvi sıxıntılar daxili səbəblərdən qaynaqlanır. Yeniyetmə və gənclər ətraf mühitdən, cəmiyyətdən, ailədən nə dərəcədə razı qalırlarsa o dərəcədə də yaşam nümayiş edirlər. Sultan Özateş-Türkiyəli yazar: – Bu məsələdəailənin rolu çox önəmlidir. Mədəni dəyərlərin qorunması, əxlaqlıcəmiyyətin davamı, doğrutəhsil, sağlamhəyat şərtləriyaratmaqhər birimizin istəyidir. Onu da qeyd edim ki, hər cəmiyyətöz dəyəri və özü iləqiymətlidir. Cılızlaşan cəmiyyətlər gələcək nəsillərinə nümunə olmaqda mənfilik yaşamaqdadırlar.Bu səbəbdən dətəhsil və şüurlu olma hər sahəyə yayılmalıdır. Azər Həsrət-“CASCFEN, Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin sədri: – Fiziki hazırlıq, təbii ki, idmanla, hərəkətlə bağlıdır və ailələr gərək bu məsələdə uşaqların qayğısına qalsın. Bunun ardınca məktəbin üzərinə də böyük vəzifə düşür. Bu yükün altına girməli olanlar sırasında həm də ictimai təşkilatlar var. İşin mənəvi tərəfinə gəlincə, burada da ailə, məktəb və toplum ardıcıllığı nəzərə alınmalıdır. Bundan başqa, bəzi hallarda qloballaşma dövründə qüsurlar axtarırıq, amma uşaqlarımız böyüdükcə avropa mədəniyyətini tam dərindən qavramağa hazırdılar. Bir balacatəlim-tərbiyəmizdə güclü sistem qura bilsək, hər şey öz qaydasında və axarında davam edəcək. Rza Hüseynov-azərbaycanlı iş adamı – Uşaqları özlərini sağlam və gümrah hiss edəcəkləri qədər fiziki, cəmiyyətdə düzgün mövqe tuta biləcəkləri qədər mənəvi cəhətdən sağlam hazırlaşdırmaq hər bir valideynin borcudur. Təbii ki, bunun üçün valideynlərin hər ikisi də, düzgün hazırlıq görmüş şəxslər olmalıdırlar. Düşünürəm ki, təkcə uşaqlar üçün yox, valideyn olmağa hazırlaşan gənclər üçün də ilkin tərbiyəvi əhəmiyyətli maarifləndirmə tədbirləri görülməlidir. Daha sonra qurulan ailələrdə düzgün istiqamətləndirilmiş fiziki və mənəvi hazırlıqların görülməsi normal və asan başa gələcək. Müşviq Şükürlü, BDU-nun Jurnalistika fakültəsinin tələbəs: – Yeniyetmə və gənclərin fiziki hazırlığı, mənəvi tərbiyəsi çox mühüm məsələdir. Yeniyetmə yaşlarında başlanan, yaş-daxili problemlərlə, fizialoji dəyişikliklərlə sürüklənib gedən məcburi, toxunulmaz çətinliklərin ətrafında həll olunmalı çox ciddi məsələlər var. “Uşaq və gənclərin fiziki və mənəvi hazırlığı” məsələsi məncə, bir insan gələcəyinin, yaxşı və pis mənada sistemi, quruluşu, həyat tərzidir. Ziyalılar, bilənlər və bacaranlar sadəcə sözdə yox, əməldə nələrsə etməlidir. İstər islahat olsun, istərsə də tərbiyədə gecikmədən çalışmaq lazımdır. Dr Eldəniz Şamlı Abbaslı,“Türk Eğitim Bilimleri” dərgisinin Azərbaycanda elmi nümayəndəsi: – Uşaq və gənclərin fiziki və mənəvi hazırlığı məsələsi ailədən başlamalı, daha sonra uşaq baxçasında, məktəbdə davam etdirilməlidir. Ancaq əsas diqqət mənəvi hazırlığa verilməlidir, çünki bir gənc fiziki cəhətdən nə qədər güclü olsa da, mədəvi cəhətdən zəifdirsə, fiziki güc bir işə yaramaz. Mənəvi hazırlıq isə uşağa kiçik yaşlardan aşılanmalıdır. Bu işdə valideynlərin də, müəllimlərin də, cəmiyyətin də üzərinə böyük yük düşür. Çünki uşaq əsasən onlardan nümunə götürür. Ramilə QARDAŞXANQIZI