Advertisment

“İncəsənət gənclərimizin istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam olmalarında mühüm rol oynayan sahələrdəndir”

Layihəmizin bu günkü qonağı gənc olmasına baxmayaraq, artıq kifayət qədər tanınmış ulduz Elvin Mirzəzadədir. Elvin 1991-ci il noyabrın 17-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Memarlıq Və İnşaat Universitetinə daxil olan müsahibim “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisasına yiyələnir. Universiteti bitirdikdən sonra hərbi xidmətinikeçir. Qonağımızla gənclərin fiziki və mənəvi hazırlığı mövzusunda  çox maraqlı, eyni zamanda örnəkverici məqamlardan danışdıq. Söhbət əsnasında birdaha əmin oldum ki, həqiqətən də gənclərimiz arasında yüksək intellektə, elmə və istedada malik, həmçinində vətən sevgisiylə dolu olan gənclərimiz var. – Muğənni olmaq istəyirdinsə, Konservatoriyaya niyə daxil olmadın? – Biz tərəflərdə elmə çox üstünlük verilir. İnsanlarımızın ən ümdə məqsədi yüksək təhsil almaq, (düzü mən hesabladığım pik nöqtəyə çata bilmədim, amma təqaüd ala bildim) və millətinə layiqli bir işləməşğul olmaqdır ki, xeyirli vətəndaş olsun. Mən özümdə elmi, kitabları, təhsili mahnı oxumaqdan daha çox sevmişəm və sevirəm də. Düzünə qalsa heç gözləmirdim ki, nə vaxtsa oxuyaram, müğənni olaram. Əslində əhatəm, yaxınlarımda bu işə qeyri-ciddi yanaşırdı. Məhz valideynlərimin xatirinə ancaq özümdə istəyərək bu universitetə qəbul oldum və seçimimdən də çox razıyam. Müğəniliyə isə 2011-ci ildə “Yeni ulduz” layihəsinə qatılaraq başladım. Hansı ki, indi o layihə fəaliyyət göstərmir, sonuncusunda mən iştirak etmişəm. Daha sonra “Üç bacı” serialına dəvət aldım, aktyor kimi də özümü sınadım və bu sınaq simamın tanınmasında mənə çox kömək oldu. Qısa zamanda xeyli mahnılar yazıldı, “youtube”də izləmə saylarını sındıra bildim, demək olar ki, tanınmağa başladım. Hərbi xidmətə gedənə qədər çox fəal zamanım oldu.  – Hərbi xidmət vətənə borcun idi, yoxsa sevgin? – Əslən Qərbi Azərbaycanlıyıq və mən Bakıda doğulsam da, əslim-köküm məcburi köçkün statusunu daşıyır. Hansı ki, tarixin qeyd etdiyi müqavilələr əsasında mənfur düşmənlər o torpaqları da bizdən alıb. Zəngəzurun bir tərəfi Qarabağa, Qubadlı, Zəngilana tərəf uzanır. Yəni, Qarabağ bizimdir və biz bizə aid olanı qorumalıyıq, həmdə sevərək qorumalıyıq. Ancaq bu, o demək deyil ki, məhz işğal olan torpaqların sakinləri xidmət etməli, o torpaq uğrunda döyüşməlidir, xeyr. Qarabağ ümumilikdə Azərbaycanındır, bizə məxsusdur və biz hamımız bir olmalıyıq. Xidməti borcumuzu istər vətəndaşlığımızla, istərsə də insanlığımızla ödəməliyik. Böyüyən uşaqlarımızdan tutmuş yetişən yeni gəncliyə qədər, hamımız bilməliyik ki, bu gün rahat yaşayırıqsa, küçələrdə sərbəst hərəkət ediriksə, bax elə burda söhbət edə biliriksə, bunu məhz hərbçilərimizə, əsgərlərimizə borcluyuq. Bu günkü müharibə şəraitində dincliyimizi təmin edən, gecə-gündüz bilmədən, soyuqda, istidə, bəzən aclıqda, bəzən lap susuzluqda bizim rahatlığımızı canları, qanları bahasına təmin edən bizim milli ordumuzdur. Bir sözlə, biz bu vətənin havasını uduruqsa, suyunu içib, yeməyini yeyiriksə, torpağının üstündə rahat-rahat gəziriksə, deməli, eyni zamanda da ona xidmət etmək bizim müqəddəs borcumuzdur.  – Vurğuladığım kimi, söhbətimizin əsas mövzusu uşaqlara, gənclərə düzgün yol göstərmək, normal həyata hazırlamaqdan bəhs edir. Bu yöndə yeniyetmə və gənclərimizlə daha nələri bölüşə bilərsən?  – Bizim azərbaycanlı ailələrinin çox hissəsi elm, vətən aşiqidir. Uşaqlar valideynlərinin sözündən çıxmasınlar, təbii ki, istisna hallar var və ağıllı bildikləri böyüklərdən örnək götürsünlər. Baxın, mən əsgərliyə gedəndə, şou-biznesdə elə adamlar oldu ki, mənim özümə dəfələrlə, həmdə təhkidlə dedilər getmə. “Qazandığın uğuru batıracaqsan, yaddan çıxacaqsan, unudulacaqsan” və s. kimi sözlər eşidirdim. Bax onda mənim içimdəki səs dilləndi. Axı nə vaxta qədər, niyə? Mənim ata-babam qaçqındır, hazırda ümumən bir milyondan artıq da məcburi köçkünümüz var, bəs bu torpaqları kim qorusun?  Getdim və bir illik hərbi xidmətində həyatım çox dəyişdi. Həm insan olaraq, həm sənət adamı olaraq, həm bir vətəndaş kimi artıq əsas borcumu vermişəm. Əgər lazım olsa, yenə də eyni addımı atacam. Çünki bu vətənə xidmət edəndə hansısa bir başqa ölkənin torpağını, xalqını, millətini qorumuruq, öz doğma yurdumuzu, Azərbaycanımızı qoruyuruq. Əsas məsələ də bunu düşünməkdir. Biz Azərbaycanın ürəyi olan Qarabağı itirmişik, heç olmasa onu geri almaq üçün döyüşməliyik. Qarşımızda güclü hərbi qüvvəyə sahib olan ölkə də yoxdur.İndi də sözün əsil mənasında xidmət etdiyimə görə fəxr edirəm, şükür deyirəm. Ən azından daha yaxındanməlumatlandım ki, ordumuz hansı gücə malikdir, hansı zonada nə yerləşir. Yəni sabah müharibə başlasa, tam hazır vəziyyətdə döyüşə atıla biləcəm və inşallah, torpaqlarımız alındıqdan sonra da başım uca olacaq. – Sənin bu cür vətənpərvər, ağıllı, elmli və eyni zamanda istedadlı bir gənc olaraq yetişməyində ailənin rolu danılmazdır.Bəs bu gün yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığında incəsənətin nə dərəcədə rolu var? – İncəsənət adından da göründüyü kimi çox incəliklərə sahib bir sahədir. Yəni bu gün kino, müsiqi, və s. bu yönümlü işlər vasitəsilə insanların maraq obyektini təlim-tərbiyəyə kökləmək olar. Çünki bəzən yeniyetmələr məhz müğənnilərə fanatlıq etmək üçün demək olarki, həmin müğənni ilə eyni tərzli həyat sürməyə can atırlar. İncəsənət adamlarınında qarşısında daha diqqətli olmaq, cəmiyyətin aparıcı qüvvələrindən biri kimi bu yükü layiqli şəkildə daşımaqvəzifəsi dayanır. Və mən də bu sahənin bir nümayəndəsi olaraq deyim ki, idman qaydalarından tutmuş qida mənbələrinə kimiincəsənətin rolu böyükdür. Mənim özüm həmişə sağlam olum deyə, idmanla məşğul oluram. Hərbi xidmətdə olanda da ki, öz yerində, çox ciddi idman vaxtları var. Yəni qeyd edim ki, incəsənətin özü də gənclərimizin istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam olmalarında mühüm rol oynayan sahələrdəndir.  – Çox maraqlıdır, bir ildə əsgər Mirzəzadənin ailəsi necə davrandı, ona necə ruh verdi?  – Çox yaxşı. Bəlkə də inanmayacaqsız, amma əsgərliyə getməmi elə birinci ailəm arzulayırdı, səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, bizim azərbaycanlı ailələrində bu günü xüsusi gözləyir, fəxr sayırlar. Mənim ailəm də həmçinin, bu günü xüsusi sevinclə gözləyənlərdəndir. Hər bir valideyn övladının vətənpərvərliyi, cəsarəti, mərdliyi ilə qürur keçirməlidir. Alnı açıq gəzməli, belə övlada sahib olduğu üçün fəxr etməlidir. Məlumdur ki, normal orqanizmaya malik olan kişi fiziki olaraq istənilən ağırlığa dözməyə qadirdir. Hələ vətən üçün lazım olanda sürünmək, düşmən görməsin deyə çökmək, təhlükəli anlarda qalxmaq, həmdə ayağında o ağırlıqda çəkmələrlə istənilən hərəkətləri etmək və digər bu kimi lazımlı addımları edə bilmək, əlbəttə bunlar fəxr ediləsidir. Bunu bütün valideynlər bilir və qürürlanmalıdırlar, təbii ki, mənim valideynlərimdə belə etdi. Baxmayaraq ki, ön cəbhədə, döyüş bölgəsindəydim, yenə də valideynlərimin hərbi xidmət keçməyimdən narazı olmadılar, əksinə məni daha da ruhlandıraraq möhkəm olmağı tövsiyə etdilər. – Elvin, əsgər olmaq necə hissdir?  – Düzünü deyəcəm. Əsgər olmaq çox gözəldir, adama şərəf hissi bəxş edir. Əsgər təbilincə desək, mən qoca əsgər idim, yəni universitetdən sonra getmişdim və əksəriyyətdən dörd yaş böyük idim. Orda tağım komandiri olan leytenantlar vardı ki, mənimlə eyni yaşdaydılar. Onları görüb, düşünürdüm ki, kaş mən də komandir olardım. Hərbi xidmət zamanı yalnız bir şeyə pis olurdum. O da hər axşam hava qaralanda sərhəddin o tərəfində, bizim torpaqlarımızda düşmənin nələrisə yandırıması idi. Bax onda adamın ürəyi də yanırdı. Bizim tağım yerləşən hissədən baxanda, o tayda bir heykəl görsənirdi, bilmirəm əvvəllər o abidənin adı nə idi, amma indi adına ana heykəli deyirdilər, demək olarki hər axşam ona baxırdıq. Daha çox axşam olanda adam kədərlənir, çünki işıqların yanmasından orda həyatın olmasını duyursan, maşınların hərəkətini görürsən və düşünürsən ki, bizim olan torpaqlarda istədikləri kimi davranırlar. Sadəcə baxmaqla kifayətləndiyimə görə pis olurdum, qalan hər şey qürurverici idi. – Bir gənc olaraq yeniyetmə və gənclərə nə demək istərdin?  – Düzgün qidalansınlar, vaxtlı-vaxtında idmanla məşğul olsunlar, dərslərini oxusunlarvə həyatda heç bir çətinlikdən qorxmasınlar. Birinci növbədə, vətəni qorumaq hamının borcudur.Qorumaq deyəndə sadəcə döyüşməyi nəzərdə tutmuram. Elmli olmaqla, düzgün yaşamaqla da vətənin adını uca tutmuş oluruq. Onu hər yerdə layiqincə təmsil etmiş oluruq. Biz gənclərin ən ümdə vəzifəsi qarşımıza düzgün məqsəd qoyub vətənə layiqli vətəndaş olaraq xidmət etməkdir. Ramilə QARDAŞXANQIZI