Advertisment

Amerika donanmasının 13-cü desant gəmisi

Amerika donanması tezliklə LPD-17 proyektindən olan axırıncı desant gəmisi ilə tamamlanacaq.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, 13-cü və axırıncı olan gəmi Riçard Makkul-balaca (Richard M. McCool Jr.) adlanır. Ardınca donanmaya LPD-17 Flight II proyektindən olan gəmilər veriləcək. San Antonio tipindən olan ikinci nəsil gəmilər öz sələflərindən fərqli olaraq bir az xarici konstruksiya dəyişikliyinə məruz qalıb.

Yeni gəmi kapitan Riçard Makkul-balacanın şərəfinə adlandırılıb. 13 il donanmada xidmət edən kapitan 3 müharibədə iştirak edib. 1945-ci ildə onun gəmisi yapon kamikadze təyyarələrin hücumuna məruz qalıb. Gəminin xilası naminə göstərdiyi qəhrəmanlıq və yaralı dənizçilərə etdiyi yardımlara görə “Şərəf” medalı ilə təltif olunub. Riçard Makkul 2008-ci ildə 86 yaşında vəfat edib.

Gəminin uzunluğu 208 m, eni isə 32 m təşkil edir. Saatda 20 mil (41 km/s) sürət yığa bilən gəmi eyni anda LCACS hava yastığında iki desant gəmisi, bir LCU desant kateri, 14 ədəd amfibiya zirehli maşını və 700-dən az olmayaraq desantçı daşıya bilər.

Bundan başqa gəminin arxa tərəfində helikopter meydançası var. Burada 4 ədəd helikopter yerləşə bilər. Dok-daşıma heyəti 350 nəfərdən ibarətdir.