Advertisment

Hərbi ekspert : “Düşmən tərəf ən azı 2-3 ay özünə gələ bilməsin”

“Hadisələr onu göstərir ki, Ermənistan birmənalı şəkildə münaqişənin yenidən alovlandırılmasına cəhd edir. Əgər alçaldılmış, əzilmiş,  döyülmüş vəziyyətdə olan düşmən yenidən münaqişə istəyirsə, biz buna daim hazırıq”. 
Dünən Ermənistan tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusunu şəhid olub. Azərbaycan və Ermənistan arasında Sərhədlərin müəyyən edilməsi ərəfəsində  düşmənin təxribat törətməkdə məqsədinin nə olduğunu hərbi ekspert Ədalət verdiyev Herbiand.az-a şərh edib:
“Bu baxımdan Ermənistan istəyinə çatacaq. Bu həm Gorus- Naxçıvan, həm də Basarkeçər istiqamətlərində olacaq. Adekvat tədbirlərin dozasını biz mütləq artırmalıyıq. Tədbirlərimiz elə olmalıdır ki, düşmən tərəf ən azı 2-3 ay özünə gələ bilməsin. Əgər Ermənistan Azərbaycan sərhədlərini tanımırsa, bizim də onların sərhədlərini  tanımaq kimi məsuliyyətimiz  yoxdur. Digər tərəfdən isə Ermənistan sərhədləri dedikdə elə onların ərazisi bizim əzəli torpaqlarımızdır. Gorus, Qafan, Mehri, Basarkeçər, Zəngəzur , İrəvan – elə adından da bəlli olur. Biz onları düşünməyə vadar etməliyik. Əgər lazım olarsa, Novruz tonqalını Qarakilsədə yandırılması üçün də hazırlıqlara başlamalıyıq.  Bəlkə, o zaman Ermənistan anlayar ki, atəşkəsin pozulması onlara necə baha-başa gələ bilər. Azərbaycan əsgərinə atəş açan bütün mövqelər darmadağın edilməli və həmin mövqedə Azərbaycan bayrağı dalğalanmalıdır.  Başqa cür Ermənistan tərəf bunu anlamayacaq və bu hadisələrə görə Azərbaycanı heç kim qınamayacaq. Çünki bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdır”.
Emin Şirvanzadə