Advertisment

ABŞ ordusu yeni özüyeriyən artilleriya qurğusu sifariş verib

Hazırda mövcud olan heç bir təkərli özüyeriyən artilleriya qurğusu Amerika ordusunun tələblərinə cavab vermir.

Herbiand.az thedefensepost.com portalına istinadən bildirir ki, ABŞ ordusu 155 mm kalibrli yeni yüksək mobil artilleriya sisteminin sıfırdan yaradılmasını sifariş verib.

Amerika ordusu BAE Systems tərəfindən Archer, Elbit Systems of America tərəfindən ATMOS Iron Sabre, Nexter tərəfindən Caesar, AM General tərəfindən Brutus və NORA B-52 M21 sustemlərini testdən keçirib. Ancaq bunların heç biri tələb olunan nəticəni verməyib.

ABŞ ordusunun sifarişində bildirilib ki, yeni sistem test olunan qurğulardan fərqli olaraq daha mobil, mətanətli, uzun məsafəli və çox döyüş ehtiyatına malik olmalıdır.

Eyni zamanda ABŞ ordusunun yaradılacaq yeni sistemlə bağlı daha bir neçə tələbləri var.