Advertisment

Rusiya Krıma yeni raket diviziyası göndərir

Növbəti raket diviziyası Rusiyanın Krımda yerləşən Cənub Hərbi Dairəsindəki ordu birləşmələrinin gücünü artıracaq.

Herbiand.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin ordu komandanı Aleksandr Dvornikov bildirib.

Bundan başqa, bu il Cənub Hərbi Dairəsində iki yeni motoatıcı diviziyanın formalaşdırılması yekunlaşacaq.

Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi 2022-ci ildə ölkənin cənubunda bütün ordu yarışlarının keçiriləcəyini bildirmişdi.