Advertisment
  • ARSENAL
  • 14-01-2022 15:47

Rusiya Cənub Hərbi Dairəsi yeni texnikalar alacaq

Rusiya Cənub Hərbi Dairəsi 60 ədəd yeni döyüş təyyarə və helikopterləri alacaq. Çatdırılan ümumi texnikalar arasında təxminən 3000-ə yaxın hərbi texnika olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Cənub Hərbi Dairəsinin komandanı, ordu generalı Aleksandr Dvornikova istinadən bildiriblər.

“Cari ildə 3000-ə yaxın nümunənin çatdırılması planlaşdırılır, eyni zamanda 1180-i müasir olmaqla. Bunlar 27 təyyarə, 37 helikopter, 5 ədəd döyüş gəmisi və kateri, zenit raket kompleksləri, yerüstü radiotexnika avadanlıqları, zirehli maşınlar, hərbi və xidmət üçün müxtəlif növ xüsusi texnikalar olacaq”, - Dvornikov deyib.

O qeyd edib ki, 2022-ci ildə hərbi dairənin müasir döyüş texnikalarla təmin olunması 72 % olacaq.



Oxşar xəbərlər