Advertisment
  • XƏBƏR
  • 14-01-2022 16:13

Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verilib

Türkiyənin ilk kəşfiyyat gəmisi olan “TCG Ufuk” sınaq və təlim gəmisi bu gün istifadəyə verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

İrakli Qaribaşvili: “Dinc Qonşuluq Təşəbbüsü”nün məqsədi qonşularımız arasında etimadın bərpa edilməsidir”

“Türkiyə Milli Müdafiə Sanayesi atdığı uğurlu addımlarla çirkli oyunları pozan ölkə oldu. Ölkəmizin bu uğurları son illər dünyanın dörd bir tərəfindəki xalqlar üçün ümid qaynağına çevrilib”, - Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə terrorla mübarizə və digər sahələrdə apardığı fəaliyyətinə görə milli müdafiə sənayəsinə borcludur.

Ərdoğan vurğulayıb ki, Türkiyə istehsalı olan silah-sursatı hər il daha çox ölkə alır və ölkənin cari ilin sonunda müdafiə və aerokosmik sahəsində ixracatı 4 milyard dolları keçəcək.

Qeyd edək ki, gəmi 2019-cu ildə inşa olunub.



Oxşar xəbərlər