Advertisment

Kiyevdə sənədlər imzalandı

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Herbiand.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev bəyanatla çıxış edib.