Advertisment
  • XƏBƏR
  • 14-01-2022 16:22

Rusiyaya sığınan Yanukoviç prezidentliyini qaytarmaq üçün MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Rusiyaya qaçan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Kiyev Rayon İnzibati Məhkəməsində Ali Radaya qarşı növbəti iddia qaldırıb. O, Ali Radanın impiçmentdən başqa heç bir şəkildə prezident titulundan məhrum etmək səlahiyyətinin olmadığının tanınmasını tələb edir.

Herbiand.az xəbər verir ki, bu barədə Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovgirya məlumat yayıb.

Onun sözlərinə görə, OASK artıq bu iş üzrə prosesi açıb və sadələşdirilmiş qaydada - tərəfləri çağırmadan və məhkəmə iclası keçirmədən baxılmasını təyin edib: “Yəni bu iddia üzrə məhkəmə qərarı demək olar ki, hər an verilə bilər”.

Xatırladaq ki, Ali Rada 2015-ci il fevralın 4-də müvafiq qanun qəbul edərək Yanukoviçi Ukrayna prezidenti titulundan məhrum edib.

Bu qanunun konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət verilmiş, lakin 2019-cu ilin dekabrında Konstitusiya Məhkəməsi bu mübahisənin hüquqi olmadığını, siyasi xarakter daşıdığını və buna görə də məhkəmənin yurisdiksiyasına aid olmadığını qeyd edərək, bu təqdimat üzrə icraatı bağlamışdır.



Oxşar xəbərlər