Advertisment
  • 14-01-2022 20:34

Türkiyə və Britaniya liderləri Ukraynanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə məlumatı Türkiyə Prezidentinin mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, tərəflər Türkiyə və Britaniya arasında müdafiə, sənaye və ticarət sahələrində əməkdaşlığı, eyni zamanda, beynəlxalq aləmdəki son vəziyyəti, o cümlədən Suriya və Ukraynanı müzakirə ediblər.



Oxşar xəbərlər