Advertisment
  • 14-01-2022 22:47

Qazaxıstanda hələlik normallaşma yoxdur - KTMT-nin baş katibi

Qazaxıstanda vəziyyətin normallaşmasından danışmaq hələ tezdir. KTMT-nin baş katibi Stanislav Zas “Rossiya 24” kanalına müsahibəsində bildirib ki, ölkə yanvarın əvvəlində kütləvi etirazlar fonunda tətbiq edilən məhdudlaşdırıcı tədbirləri tədricən ləğv edəcək.

“Aydındır ki, dönüş nöqtəsi artıq baş verib. Demək olmaz ki, vəziyyət normallaşıb - yox, yəqin ki, tez olacaq, çünki fövqəladə vəziyyət hələ də qüvvədədir, beş rayonda ləğv edilib, sabah bir sıra rayonlarda ləğv olunacaq. Yəni bu məhdudlaşdırıcı tədbirlərin belə tədricən yumşaldılmasıdır. Amma buna baxmayaraq, demək olar ki, ölkə normal həyata qayıdır”, - Zas bildirib.



Oxşar xəbərlər