Advertisment
  • XƏBƏR
  • 14-01-2022 22:58

London Məhkəməsi Eldar Mahmudovun övladlarının iddiasını rədd etdi

İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının diffamasiya barədə iddiasını rədd edib.

Herbiand.az virtualaz.org-a istinadən xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti “El Periodico” daxil olmaqla, beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yolu ilə qazandığı vəsaitlər hesabına əldə olunub.



Oxşar xəbərlər