Advertisment

Ermənistanın müdafiə nazirinin toyu olacaq

Yanvarın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyanın toyu olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə məlmat yayan erməni mənbələri toyun “Firon” restoranında olacağını bildirib.
Nazir Armine Muradyanla evlənir. Papikyanın ərazi idarəetmə naziri olduğöu dönəmdə Armine Muradyan orada mətbuat katibi vəzifəsində çalışıb.

Artıq toyun dəvətnamələri paylanıb. Toydan sonra Papikyan həyat yoldaşı ilə birlikdə hökumət malikanələrindən birində yaşayacaq.

Xatırladaq ki, aprelin 26-da Ermənistanın müdafiə naziri Suren Papikyanın 36 yaşı tamam olacaq. O Noyabrda Azərbaycan-Ermənistan sərhəddində baş verən eskalasiyandan sonra bu vəzifəyə təyin olunub.