Advertisment

Xaçmazda "Jiquli" qarda batdı, 2 nəfər güclə çıxartdı

Xaçmazda güclü qar fəsad törədib.

 

Fövqəladə Hallar Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, rayonun Ağyazı Buduq kəndində, içərisində 2 nəfərin olduğu “VAZ” markalı minik avtomobili qarda batıb. Bu bardəə daxil olan müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.