Advertisment

Filippin “BraMos” raketləri alıb

Filippin Hindistandan 375 milyon dollar dəyərində olan 3 ədəd “BraMos” sahil raketinin alışını yekunlaşdırıb.

Herbiand.az RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Delfin Lorenzana məlumat verib.

O, vurğulayıb ki, sahil raketlərinin alınması ölkənin hərbi-dəniz qüvvələrinin gücləndirilməsinə hesablanıb.

“BraMos” raketlərinin Filippinə çatdırılması ilə bağlı ilkin müqavilə 2021-ci ilin mart ayında imzalanmışdı. İndi isə tərəflər müqavilə ilə bağlı bütün işləri yekunlaşdırıb və detalları açıqlayıblar. Filippin raket sistemlərini gəmi əleyhinə modifikasiya olunmuş formada alacaq.

“BraMos” - Rusiya və Hindistanın birgə istehsalı olan və 1998-ci ildə yaradılmış səsdən sürətli qanadlı raket kompleksidir. Raketin ilk sınağı 2001-ci ildə baş tutub. Raket 2,5 ton çəkiyə malikdir. Döyüş bağlığının çəkisi 300 kq-dır və 290 km məsafəyə qədər hədəfləri vura bilər. Sürəti saatda 3500 km-dir.