Advertisment
  • XƏBƏR
  • 17-01-2022 11:28

İşğaldan azad edilmiş ərazilərdə daha 15 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, yanvarın 10-dan 15-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 14 piyada əleyhinə mina, 1 tank əleyhinə mina və 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 51.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



Oxşar xəbərlər