Milli Məclisin yaz sessiyasında “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacaq.
Herbiand.az-ın xəbərinə görə, bu, parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyası üçün işlər planına daxil edilib.
Qeyd edək ki, sabah - yanvarın 18-də komitənin yaz sessiyasında ilk iclası keçiriləcək.