Advertisment
  • XƏBƏR
  • 17-01-2022 12:30

NATO bu ölkələrdən hərbçilərini çıxarmayacaq

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantik Alyansı 1997-ci ildən sonra təşkilata üzv olan ölkələrdən hərbçilərinin çıxarılması nəticəsiylə razılaşmayacaq.

Herbiand.az xəbər verir ki, o, bu haqda Kanadanın SBS telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər NATO buna razılıq verərsə, onda bu, təşkilat üzvünün yarısının alyans hərbçiləri tərəfindən qoruna bilməyəcəyi anlamına gəlir.

“Onda bunlar bir növ NATO-nun ikinci dərəcəli üzvləri olacaqlar. Biz heç vaxt bunu etməyəcəyik”, - Stoltenberq vurğulayıb.



Oxşar xəbərlər