Advertisment
  • XƏBƏR
  • 17-01-2022 12:41

"Azəriqaz"ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb

Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. "Azəriqazın" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.

Herbiand.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.

O qeyd edib ki, “E-manat” terminallarında problem 16 dekabr səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:

"Dünən günün sonunda mütəxəsislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Bütün müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək, bu yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub.Bildirişli ödənişlərdə heç bir problem olmayıb", -mütəxxəsis bildirib.



Oxşar xəbərlər