Advertisment
  • ARSENAL
  • 17-01-2022 13:24

ABŞ silahlarına maraq getdikcə azalır - Rai Al Youm

Britaniyanın Rai Al Youm nəşrinin rəyçiləri hesab edirlər ki, ABŞ dünya silah bazarında mövqeyini itirir. Eyni zamanda, Çin, Rusiya və İran getdikcə liderə çevrilir. Ancaq məhz Moskva son illər ən çox uğurlara nail ola bilib.

Herbiand.az-ın xarici mətbuata istinadən məlumatına görə, ekspertlər bildirirlər ki, Rusiya ordusunun silahlanmasına beşinci nəsil Su-57 qırıcıları daxil olub.  Bu təyyarələr bir çox göstəricilərinə görə, Amerikanın F-35 qırıcılarını üstələyib. Həmçinin, Moskvanın öz ixtiyarında S-400 və S-500 zenit-raket kompleksləri var. Bu isə keçilməyən hava hücumundan müdafiə yaratmağa imkan verir. Rusiyanın daha bir uğuru hipersəslərin inkişaf etdirilməsidir. Rusiya ordusu artıq bunun bir hissəsindən istifadə edir.

Rai Al Youm nəşri sual verir. Bəs ABŞ nələr edib?

Vaşinqton pulu daha çox ordusuna xərcləyir. Ancaq ekspertlər qeyd edirlər ki, nəticələr heç də heyranedici deyil. Onların fikrincə, Rusiya və Çinin hərbi inkişafları müasir müharibələrin qaydalarına kəskin şəkildə təsir edib. Ona görə də gələcəkdə baş verən münaqişələrdə son söz Moskva və Çinin olacaq.



Oxşar xəbərlər