Advertisment
  • XƏBƏR
  • 17-01-2022 13:28

Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir

Kreml sabiq prezident Pyotr Poroşenkonun Ukraynaya qayıtması ilə bağlı vəziyyəti izləmir.

Herbiand.az verdiyi məlumata görə , bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, biz bunu izləmirik. Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin siyasi rəqiblərindən biridir. O, müxalifətdədir. Amma bu, bizim yaxından izləyəcəyimiz məsələ deyil”, - D. Peskov əlavə edib.

Kremlin sözçüsü onu da qeyd edib ki, Zelenskinin siyasi opponentləri Ukraynada çətin günlər keçirirlər: “Bu göz qabağındadır. Biz bunu qeyd edirik”.



Oxşar xəbərlər