Advertisment
  • XƏBƏR
  • 17-01-2022 13:44

Rusiya “İsgəndər” raket komplekslərini Sibirdən Ukrayna sərhədinə gətirib

Rusiya “İsgəndər” Operativ Taktiki Raket Komplekslərinin (OTRK) bir hissəsini Şərq Hərbi Dairəsindən Ukrayna sərhədlərinə gətirib.

Herbiand.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Münaqişələrin Kəşfiyyat Qrupu (CIT) məlumat yayıb.

Yanvarın 11-də Uzaq Şərqdə çəkilən və “Twitter”də yayımlanan videoda təşkilat 9K720 “İskəndər-M” raket sistemini müəyyən edib. Sverdlovsk vilayətində çəkilmiş və yanvarın 13-də yerləşdirilən başqa bir videoda daha az səliqəli brezentlə örtülmüş hərbi yük maşınları göstərilir.

“Financial Times” Qərbdəki kəşfiyyat məlumatlarına istinadən yazır ki, dekabrın ortalarına qədər təxminən 100 min rus hərbi qulluqçusu Ukrayna sərhədi yaxınlığında yerləşdirilib.

Hesablamalara görə, yerin donacağı və qurudan hücum zamanı tankların hərəkəti üçün daha münasib olacaq yanvar ayının sonuna qədər qoşunların sayı 175 minə çata bilər.



Oxşar xəbərlər